Ötən gecə Çempionlar Liqasında bir sıra rekord və antirekordlar qeydə alınıb

Ötən gecə Çempionlar Liqasında bir sıra rekord və antirekordlar qeydə alınıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk iki oyununda sonra qeydə alınan rekord və antirekordları açıqlayıb.

“QELEBE.AZ”un məlumatına görə, “Benfika”nın (Portuqaliya) evdə “İnter”ə (İtaliya) 0:2, “Bavariya”nın (Almaniya) isə səfərdə “Mançester Siti”yə (İngiltərə) 0:3 hesabı ilə məğlub olduğu görüşdə maraqlı statistik məqamlar ortaya çıxıb.

- “İnter” üçüncü dəfə Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən ən böyükhesablı səfər qələbəsini qazanıb. “Neradzurra” 1964-cü ildə Serbiya “Partizan”ını, 1967-ci ildə isə İspaniya “Real Madrid”ini səfərdə 2 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma 1/4 finala təsadüf edib.

- İndiyə qədər cəmi bir komanda 1/4 finaldan etibarən ilk görüşdə evdə 2 top fərqilə məğlub olmasına baxmayaraq, mərhələ adlamağı bacarıb. Bu, 1968/1969 mövsümündə baş verib. “Ayaks”la “Benfika” arasında hər iki matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə oyuna ehtiyac duyulub və orada “Ayaks” 3:0 hesablı qələbə qazanıb.

- “İnter” ÇL tarixində ilk dəfə səfərdə penaltidən qol vurub. Bunu belçikalı hücumçu Romelu Lukaku gerçəkləşdirib. 2003-cü ildə Almaniya təmsilçisi “Bayer”lə matçda belə bir imkan olsa da, Domeniko Morfeo zərbəni qola çevirə bilməyib.

- Bununla milanlıların penaltisiz səfər seriyası 59-cu matçda dayanıb. Bu, turnir tarixinin ən uzun seriyasıdır.

- “Bavariya” İngiltərədə ən böyükhesablı məğlubiyyət antirekordunu təkrarlayıb. Münhenlilər ilk dəfə 1971-ci ildə Yarmarkalar Kubokunun 1/4 finalında “Liverpul”a eyni hesabla uduzublar.

- “Bavariya” 2017-ci ildən bəri ilk dəfə avrokuboklarda 3 cavabsız qolla məğlub olub. Altı il əvvəl almanlar Fransa klubu PSJ-yə 0:3 hesabı ilə uduzublar.

- Münhen təmsilçisi tarixi ərzində heç vaxt avrokubokların ilk matçındakı 3 top fərqli məğlubiyyətdən sonra cavab qarşılaşmasında geridönüş edə bilməyib.

- “Mançester Siti” bütün turnirlərdə qələbə seriyasını 9 oyuna çatdırıb.

- “Mançester Siti” cari mövsüm Almaniya klublarına qarşı keçirdiyi ev matçında qol rekordunu yeniləyib. Ada təmsilçisi “Leyptsiq”i 7, “Bavariya”nı isə 3 dəfə mərkəzə dəvət edib.

- Pep Qvardiola məşqçi kimi ÇL-də alman rəqiblərinə qarşı keçirdiyi 12 ev matçının hamısında qalib gəlib, onlardan 8-də komandası minimum 3 top fərqli üstünlük əldə edib. “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında doğma arenasında Münhenqladbax “Borussiya”sını 4:0, “Şalke”ni 7:0, “Leyptsiq”i 6:3, 7:0, “Bavariya”nı 3:0 hesabı ilə məğlub edib. O, “Barselona”da olarkən “Bavariya”ya 4:0, “Ştutqart”a 4:0 və “Bayer”ə 7:1 hesabı ilə qalib gəliblər.

- “Mançester Siti”nin hücumçusu Erlinq Holann karyerasında ilk dəfə “Bavariya”nı məğlub edib. O, bu rəqibə qarşı əvvəlki 7 görüşün hamısında uduzub. Holann münhenliləri 6-cı dəfə mərkəzə dəvət edib.

- Holann ÇL-də cəmi 26 oyun keçirməsinə baxmayaraq, artıq qollarının sayını 34-ə çatdırıb. Mançesterdəki görüşdə komanda yoldaşı Bernardo Silvanın qoluna məhsuldar ötürmə verən norveçli forvard iki il ərzində Çempionlar Liqasında ilk assistini edib. Ümumilikdə onun aktivində ÇL-də 4 məhsuldar ötürmə var.

Futbol
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

Futbol
“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"