Bolqarıstanlı məşqçi: “Azərbaycan Gimnastika Federasiyası inkişaf səviyyəsinə görə liderlər sırasındadır”

Bolqarıstanlı məşqçi: “Azərbaycan Gimnastika Federasiyası inkişaf səviyyəsinə görə liderlər sırasındadır”

“Azərbaycan Gimnastika Federasiyası (AGF) inkişaf səviyyəsinə görə liderlər sırasındadır”.

“Report” xəbər verir ki, bunu aerobika gimnastikası üzrə bolqarıstanlı beynəlxalq dərəcəli məşqçi Desislava Boquşeva deyib.

Milli Gimnastika Arenasında 2-ci səviyyəyə aid məşqçilik kurslarına rəhbərlik edən Boquşeva məşqçilərin hazırlığı ilə bağlı AGF-in gözəl proqram hazırladığını söyləyib: “Bu proqram 8-10 yaşlı uşaqlarla işləyən məşqçilərin 2-ci səviyyəsi üçün nəzərdə tutulub. Kurslarda iştirak edən 9 mütəxəssis təcrübəsini artırır”.

O bildirib ki, aerobika gimnastikası Azərbaycanda gənc idman növüdür: “7-8 il əvvəl inkişaf etdirilməyə başlayıb. Qısa müddətdə əldə edilən uğurlar göz önündədir. Avropa və dünya çempionatlarında Azərbaycan gimnastları uğurlu nəticələr göstərirlər. Bu da yaradılan şəraitin bəhrəsidir”.

Desislava Boquşeva ikinci dəfədir Azərbaycana səfər etdiyini vurğulayıb: “İlk dəfə beş il əvvəl Beynəlxalq Gimnastika Federasiyasının məşqçilik kursları ilə bağlı dəvət almışdım. Burada olduğuma görə çox şadam”.

Qeyd edək ki, aprelin 12-nə qədər davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər.

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib