Tovuzda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilib

Tovuzda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilib

Tovuz şəhər stadionunda Qərb Regional Futbol Federasiyasının (QRFF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan minifutbol turniri keçirilib.

"Report"un məlumatına görə, açılış mərasimindən öncə Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. QRFF-nin mütəxəssisi Rasim Əliyev Heydər Əliyev haqqında iştirakçılara ətraflı məlumat verib.

Yarışda “Qazax”, “Ağstafa”, “Tovuz” və “Şəmkir” komandaları iştirak ediblər. Komandaların hər birinin tərkibində 1 qız futbolçu yer alıb.

Yarımfinalda “Şəmkir” “Tovuz”u 5:3, “Qazax” isə “Ağstafa”nı 3:2 hesabı ilə məğlub edib. Turnirdə üçüncü yeri “Tovuz”a 1:0 hesabı ilə qalib gələn “Ağstafa” komandası tutub.

Finalda “Qazax”la “Şəmkir” üz-üzə gəlib. Həlledici oyunda qazaxlılar 5:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adını qazanıblar.

“Şəmkir” komandasının qapıçısı Ziyatel Əsədova “Ən yaxşı qapıçı”, hücumçusu Ayxan Səfərov “Ən sərrast oyunçu”, “Qazax” komandasının üzvü Səyyad Pənahov isə “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olublar. Komandaların hər birinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Futbol
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

Futbol
Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb