Orxan Məmmədov: "Əsas planlarımızdan biri dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir"

Orxan Məmmədov: "Əsas planlarımızdan biri dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir"

"Əsas planlarımızdan biri minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Minifutbol turnirinin püşkatma mərasimində deyib.

Federasiya rəhbəri bildirib ki, bu istiqamətdə danışıqlar aparılır: "İnanırıq ki, ölkəmizin beynəlxalq idman yarışları keçirmək təcrübəsini və turizm potensialını nəzərə alan təşkilatçılar bu istəyimizi müsbət qarşılayacaq, mötəbər turnirlərə ev sahibliyi hüququnu bizə həvalə edəcəklər".

2023-cü ilin Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunduğunu xatırladan "Zirə" klubunun fəxri prezidenti bununla bağlı müxtəlif tədbirlər və konfranslar keçirildiyini vurğulayıb: "Minifutbol Federasiyası da bu münasibətlə beynəlxalq turnir keçirmək qərarına gəlib. Bu barədə bir sıra federasiyalarla danışıqlar apardıq və yekunda buna nail olduq. Yoldaşlıq turniri olsa da, bunun məqsəd və önəmini nəzərə alaraq, oyunçularımızdan qələbə gözləyirik. Həmçinin bu turnir gələcəkdəki beynəlxalq yarışlar üçün hazırlıq xarakteri daşıyacaq".

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
İlin futbolçusu adına namizədlər açıqlanıb

İlin futbolçusu adına namizədlər açıqlanıb

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Futbol
Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Futbol
AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər