Rahid Əmirquliyev: "Özünə hörmət qoyan futbolçu heç vaxt belə hərəkət etməz" - MÜSAHİBƏ

Rahid Əmirquliyev: "Özünə hörmət qoyan futbolçu heç vaxt belə hərəkət etməz" - MÜSAHİBƏ

Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Səbail” Premyer Liqanı tərk etməyə ən real namizəddir. Hazırda sonuncu – 10-cu pillədə qərarlaşan “dənizçilər”i yeni mövsümdən I Divizionda görə bilərik. Hətta mövsümün ortasında edilən baş məşqçi dəyişikliyi də effekt vermədi. Hələ də özünə gələ bilməyən komanda “əmin addımlar”la aşağı dəstəyə doğru irəliləyir.

“Səbail”in kapitanı Rahid Əmirquliyev “Report”a müsahibəsində həm paytaxt təmsilçisinin düşdüyü vəziyyəti dəyərləndirib, həm öz karyerası barədə danışıb, həm də Azərbaycan milli komandasının seçmə mərhələdəki çıxışına qiymət verib.

- "Səbail" sona 8 tur qalmış 18 xalla Premyer Liqanın autsayderidir. Komanda bu mövsüm niyə belə uğursuz çıxış edir?
- Düzdür, sonuncu pillədəyik. Nə qədər çalışsaq, istəsək də, yuxarı sıralara qalxmaq alınmır. Niyəsini özümüz də bilmirik. Əslində bunun da səbəbi var. Son pillədən yaxa qurtarmaq üçün gərək qələbə qazanasan. Təəssüf ki, hələlik alınmır. Qarşıda 8 oyunumuz var. Vəziyyəti düzəltməyə, xal və ya xallar qazanmağa çalışmalıyıq. Özümüzə inanırıq. Sadəcə, meydana çıxıb bunu göstərmək lazımdır.

- Klub rəhbərliyi vəziyyəti düzəltmək üçün qış fasiləsində Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzlədi. Amma görünən odur ki, dəyişiklik özünü doğrultmadı. Hətta demək olar ki, “Səbail” Qurbanovun vaxtında daha inamlı oynayır və müsbət nəticələr qazanırdı...
- Bunu əvvəl də qeyd etmişəm. Şahin müəllim təcrübəli mütəxəssisdir. Belə vəziyyətlərdən çıxış yolunu yaxşı bilir. Onları müqayisə etmək istəmirəm. Baş məşqçi dəyişikliyi rəhbərliyin qərarı idi. Fakt odur ki, biz hələ də axırıncı yerdəyik, bu pillədən çıxa bilmirik. Ümid edirəm ki, birlikdə vəziyyətdən çıxış yolunu tapacağıq.

- Son pillədə olmaq təcrübəli futbolçu kimi sizə necə təsir edir?
- Əlbəttə, heç kim autsayder olmaq istəmir. Hamının arzusudur ki, medallar, avrokuboklara vəsiqə üçün oynasın. Amma bəzən futbolda belə hallar da olur. Yuxarı yerlər yox, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırsan. Təbii ki, bu vəziyyət ilk növbədə mənə pis təsir edir. Neçə ildir, “Səbail”in formasını geyinirəm, komandanın kapitanıyam. Durumumuza görə üzülürəm. Amma ümidliyəm. İnanıram ki, hər şey yaxşı olacaq. Tək mən yox, bütün komanda yoldaşlarım buna ümid edirlər. Nə qədər pis olsaq da, ümidlə irəliyə baxırıq.

- Maraqlıdır, bugünkü vəziyyətə legionerlər də sizin qədər üzülürlərmi?
- Bəli, bu vəziyyət onlara da pis təsir edir, üzülürlər. Tək futbolçular yox, rəhbərlikdən tutmuş sıravi işçilərə kimi hamı məyusdur. Amma əsas odur ki, hamımızda inam var. Rəhbərlik də bizə güvənir. İnanmıram ki, komandanın düşdüyü vəziyyət kiminsə vecinə olmasın. Özünə hörmət qoyan futbolçu heç vaxt belə hərəkət etməz.

- Sizcə, uğurlu nəticələr qazanmaq üçün komandanın oyununda nə çatışmır?
- Açığı, bu suala cavab vermək bir az çətindir. Baxırıq, səhvlərimizi analiz edir, oyunumuzu düzəltməyə çalışırıq. Əslində nəyin çatışmadığını bilsəydik, onu aradan qaldırıb oynamaq daha rahat olardı. Elə matçlar olur ki, normal oyun göstəririk, amma yaratdığımız qol epizodlarından yararlana bilmirik. Futbol elədir ki, yaxaladığın fürsətlərdən ən azı bir-ikisini dəyərləndirə bilsən, qələbə qazanmaq şansın yüksək olur. Problem ondadır ki, qol vura bilmirik. Əvəzində isə çox top buraxırıq. Matçların videoyazısına baxanda qapımıza sadə qolların vurulduğunu görürük.

- Yaşınıza baxmayaraq, meydanda hər zaman əzmkarlığınız, istəkli olmağınızla seçilmisiniz. Bu mövsüm isə əvvəlki Rahidi görmürük. Sanki futboldan bezmisiniz...
- Bu, normal haldır. Yaş artdıqca, az oynayırsan, gənc nəsil yetişir. Ona görə əvvəlki Rahidi görmürsünüz (gülür). Gərək oynayım ki, diqqət mərkəzində olum. Əslində meydana çıxmayanda da görürsünüz, amma ehtiyat skamyada (gülür). Futbolun məndən bezib-bezmədiyini bilmirəm, lakin mən ondan bezməmişəm. Oynamaq istəyirəm, bunun üçün gücüm də var. Fikrimcə, oynamağa imkan yaratsalar, komandaya kömək etməyə hər zaman hazıram.

- Belə başa düşdüm ki, futbolla vidalaşmaq istəmirsiniz...
- Bunu hələ fikirləşməmişəm. Hazırda məqsədimiz başqadır. Bütün fikrimizi komandanı yüksək liqada saxlamağa yönəltmişik. Amma mən hələlik karyeramı bitirmək istəmirəm. Daha bir il oynamaq arzusundayam. Lakin buna çempionat başa çatandan sonra qərar vermək olar. İndi nəsə demək çətindir. Gərək, təklif olsun ki, oynayasan. Təklif gəlməsə, futbolla vidalaşmağa məcburam.

- Ümumiyyətlə, az oynamağınızın səbəbi nədir və bu, sizi narahat edirmi?
- Təbii ki, narahat edir. Bu, normal haldır. Bunu az oynayan hər futbolçu düşünür. Hər bir oyunçu meydana çıxmaq, komandaya kömək etmək istəyir. Amma burada başqa amillər var ki, qərarı baş məşqçi verir. Çünki nəticəyə də o cavabdehdir. Odur ki, baş məşqçinin fikirlərinə hörmətlə yanaşmalıyıq. Mən də oynamaq istəyirəm. Ehtiyatda qalmaq xoşuma gəlmir. Bu sualı mənə çox adam verir. İlk dövrənin sonlarında, demək olar, bütün matçlarda meydana çıxmışam. Az oynamağımın səbəbini Şahin müəllimdən soruşsanız, daha yaxşı olar, o, sizə cavab verərdi.

- Bu vəziyyət davam etsə, mövsümün sonunda “Səbail”dən ayrılacaqsınız?
- Hələ bilmirəm. Mayda müqaviləm başa çatacaq. Bütün suallara yayda aydınlıq gələcək. İndi yeganə məqsədimiz elitada qalmaqdır. Sonrasını rəhbərliklə danışıb həll etmək olar. Bu, ikinci məsələdir. Əsas odur ki, Premyer Liqada mövqeyimizi qoruyaq.

- Mətbuatda yayılan xəbərlərə inansaq, klub rəhbərliyi bu yaxınlarda təcili toplantı keçirərək, komanda üzvlərinə və məşqçilər heyətinə öz iradlarını bildirib. Həqiqətən belə bir hadisə baş verib?
- Rəhbərlikdən gəlirlər, bazada bizi tək buraxmırlar. Futbolçularla görüşürlər, amma kimisə danlamaq söhbəti olmayıb. Komanda axırıncı yerdə gedir, narazılıq olması normaldır. Amma klub rəhbərliyi hər zaman bizə dəstək verir, yanımızda olduqlarını bildirirlər. İnanırlar ki, komanda şəklində bu vəziyyətdən çıxa biləcəyik.

- Sonda Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsindəki uğursuz startı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Sizcə, problem nədə və ya kimlərdədir?
- Nəticələrə görə çox üzüldüm. Düzdür, Avstriya və İsveç güclü rəqiblərdir, aşkar favoritdirlər. Amma 2 oyuna 9 qol buraxacağımızı heç gözləmirdim. Günah kimdədir? Hərənin öz fikri var. Bəziləri AFFA-nı, bəziləri baş məşqçi Canni De Byazini ittiham edirlər. Amma futbol inkişaf etmirsə, burada hamı günahkardır. Sırf nəticələrə görə isə günahı baş məşqçidə görürəm. Yığmanın heyətində perspektivli, Avropa təcrübəsi olan futbolçularımız var. Amma nəticələr bərbaddır. Məhz buna görə ən böyük günahkar De Byazidir.

- İndiki məqamda De Byazi istefaya göndərilməli, yoxsa işini davam etdirməlidir?
- Məncə, De Byazi getməlidir. Onunla müqavilə yenilənməmişdən əvvəl də demişdim ki, onu saxlamağın heç bir faydası yoxdur, bir il də itirəcəyik. Axırda da De Byazi deyəcək ki, rəqiblər güclü idi, heç nə edə bilmədik. Fikrimcə, qalmamalıdır. Düşünürdüm ki, son iki məğlubiyyətdən sonra özü istefa verər, amma onu da görmədik.

- Necə düşünürsünüz, millini yerli, yoxsa əcnəbi mütəxəssis çalışdırmalıdır?
- Mən yerli mütəxəssisin tərəfdarıyam. Çünki illərdir yığmaya əcnəbi mütəxəssislər başçılıq edir. Nə vaxtsa komandanı qrupdan çıxardıqlarını görməmişəm. Düzdür, bəzilərinin vaxtında millimiz normal futbol göstərib. Lakin yerli mütəxəssis təyin edib ona uzun müddət şans versələr, bundan daha yaxşı olar.

Futbol
"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

Futbol
Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Futbol
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb