Canni De Byazi: “Əla oyun göstərdik”

Canni De Byazi: “Əla oyun göstərdik”

“İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: “İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.

67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb: “Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”.

Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib: “0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”.

O, 60-cı dəqiqəyə qədər komandalar arasında səviyyə fərqinin hiss olunmadığını düşünür: “Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”.

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb