AGİN-in növbəti Kollegiya iclası keçirilib, bir sıra vacib qərarlar qəbul edilib

AGİN-in növbəti Kollegiya iclası keçirilib, bir sıra vacib qərarlar qəbul edilib

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) növbəti Kollegiya iclası keçirilib.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatı (qeyri-Olimpiya növləri üzrə) müzakirə edilərək qəbul olunub.

Həmçinin 2023-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı, təqvim planı da Kollegiya qərarı ilə təsdiqlənib.

Ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın təqdimatı əsasında “Azərbaycan Kamandan Oxatma Federasiyası” İB, “Azərbaycan Kikboksinq Federasiyası” İB, “Azərbaycan Alpinizm Federasiyası” İB, “Azərbaycan MMA (Mixed Martial Arts) və Grappling Federasiyası” İB, “Azərbaycan Karate Federasiyaları Assosiasiyası” İB və “Azərbaycan Elektron İdman Növləri Federasiyası” İB-nin “respublika idman federasiyası (assosiasiyası)” statusları təsdiq edilib.

Kollegiya qərarı ilə məşqçilər Elşad Quliyev (minifutbol), Elçin İsmayılov (cüdo) və Elnur Zeynalova (futbol) "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adı verilib. Həmçinin, minifutbol üzrə yığmanın üzvləri - Ramil Həsənzadə, Davud Kərimi, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Mirmehdi Rzayev, Rəvan Kərimov, Tanrıverdi Məhərrəmli, Vüsal İsayev, Samir Həmzəyev, Təmraz Əmircanov, Elvin Əlizadə, Vitali Borisov, Taleh Babayev, Tural Nərimanov və Asif Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adına layiq görülüblər.

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib