Güləş üzrə Azərbaycan yığmalarına yeni baş məşqçilər təyin olunub

Güləş üzrə Azərbaycan yığmalarına yeni baş məşqçilər təyin olunub

Güləş üzrə Azərbaycan yığmalarında yeni təyinatlar olub.

Azərbaycan Güləş Federasiyasından (AGF) "Report"a verilən məlumata görə, bununla bağlı qərar qurumun ofisində keçirilmiş iclasda qəbul edilib.

Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda bu idman növünün inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq millinin baş məşqçisi vəzifəsindən ayrılıb. Bu posta yığmanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabrından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik baş tutub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığmaları çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabrından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib.

Qeyd edək ki, federasiyanın mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb