Unahi “Panatinaikos”da: Ulduz futbolçu geri qayıtdı
“Panatinaikos” heyətini Azzedin Unahi ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Yunanıstan klubu mərakeşli yarımmüdafiəçinin “Jirona”dan transferini rəsmən açıqlayıb.
26 yaşlı futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.
Məlumata görə, qarşı tərəfə transfer üçün 15 milyon avro ödəniləcək.
Razılaşmada əlavə 1 milyon avroluq bonus və Unahinin gələcək satışından “Jirona”ya 20 faiz pay verilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Mərakeş millisinin üzvü 2024/25 mövsümünü icarə əsasında Afina klubunda keçirmiş və azarkeşlər tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi.
Qeyd edək ki, Unahi daha əvvəl “Strasbur”, “Avranş”, “Anje”, “Marsel” və “Jirona”nın da formasını geyinib.

https://qelebe.az//uploads/photo/unahi-panatinaikosda-ulduz-futbolchu-geri-qayitdi.webp