Klopp “Real Madrid”ə qarşı oyunda qələbəyə ümidini itirmir

Klopp “Real Madrid”ə qarşı oyunda qələbəyə ümidini itirmir

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Real Madrid”lə cavab oyununda şansların yüksək olmadığını desə də, təslim olmayacaqlarını da xatırladıb.

“Report” xəbər verir ki, almaniyalı mütəxəssisin açıqlaması UEFA-nın saytında dərc olunub.

“Üç həftə əvvəl, ilk oyundan sonra dedim ki, “Real Madrid” artıq keçib. Amma biz bilirik ki, oynanılacaq bir matç var. Şans 1 faiz olsa belə, cəhd etməliyik. Özümüzü mənfi şəkildə təəccübləndirə biliriksə, müsbət mənada da edə bilərik. Aydın məsələdir ki, Madridə “Özünüzü qoruyun, gəlirik” sözləri ilə gəlməmişik. Amma biz bu matçda qalib gəlmək üçün buradayıq. İkinci hissədəki ilk matçda əks-hücumlar bizim üçün problemə çevrildi. Vinisius və Benzemanı birdəfəlik zərərsizləşdirə bilməsək də, bu, uzun müddət bizdə alınırdı”, - “qırmızılar”ın çalışdıranı qeyd edib.

O, komandasının “taktika baxımından topla və topsuz çox fəal olmalı” olduğunu bildirib:

“Yarımmüdafiənin pressinqi əla olmalıdır. Risk etməliyik, amma əks-hücumlardan saqınmalıyıq. İtirəcəyimiz heç nə yoxdur. Bu, hər şeyi itirə biləcəyinizdən daha yaxşıdır”.

Eyni zamanda, Y. Klopp İspaniya təmsilçisində özünəinamın yüksək səviyyədə olduğuna diqqət çəkib: “Real Madrid” heç vaxt özünə inamını itirmir, bu komanda üçün böyük bacarıqdır. Heç bir şey onlara mənfi təsir göstərə bilməz. Bu, tamamilə heyrətamizdir. Hər şey mentalitetlə bağlıdır. Onlara sayğı duyuram, fantastik komandadır”.

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Futbol
XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"