AMADA-nın direktoru Lozanna simpoziumunda çıxış edib

AMADA-nın direktoru Lozanna simpoziumunda çıxış edib

İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) və Milli Antidopinq Təşkilatları İnstitutunun (İNADO) simpoziumu keçirilir.

"QELEBE.AZ" xəbər verir ki, İNADO-ya üzv olan 70-dək ölkədən təxminən 300 nəfər ekspert iştirak etdiyi simpoziuma Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi və Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) sədri kimi spiker qismində çıxış etməyə dəvət edilib.

O, müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi üzrə” beynəlxalq layihəsi barədə geniş təqdimatla çıxış edib.

Layihənin icrası ilə bağlı ətraflı məlumat verən Şəfəq Hüseynli bildirib ki, Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlil edilib.

Layihənin icrasının ikinci mərhələsində isə artıq dünyanın milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğulara başlanılıb və antidopinqdə rəhbər şəxslərdən müsahibələrin götürülməsi də baş tutacaq. Layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Antidopinq sahəsində gender bərabərliyi məsələsi Lozanna simpoziumu çərçivəsində panel müzakirələrinin də mövzusu olub. Belə ki, bu məsələyə həsr edilən xüsusi panelə Şəfəq Hüseynli rəhbərlik edib. O, antidopinq sahəsində idarəetmə və icra strukturlarında qadınların təmsil olunma səviyyəsi və antidopinq fəaliyyətində gender bərabərliyin nəzərə alınmasını vurğulayaraq panel iştirakçıları ilə müzakirələr aparıb.

Xüsusi paneldə Şəfəq Hüseyni ilə bərabər Ümumdünya Antidopinq Agentliyinin vitse-prezidenti Yang Yang, beynəlxalq antidopinq eksperti, Təmiz İdman Alyansının təsisçisi London Kingston Universitetinin professoru Andrea Petroczi, İdman və İnsan Hüquqları Mərkəzinin Gender və Baş Məsləhətçisi, BMT Qadınlar Təşkilatının sabiq eksperti Thays Prado və İNADO İdarə Heyətinin Sədri Nick Paterson iştirak ediblər.

Fərdi
"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb