Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirə qatılacaqlar

Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək.

Azərbaycan Boks Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, beş gün davam edəcək yarışda yığma 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcək.

Qızlardan ibarət milli məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.

Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alacaq. Bu gün Monteneqroya yollanan komanda martın 20-də Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 23 ölkədən 191 (55 qız, 136 oğlan) boksçunun iştirakı gözlənilir.

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb