Premyer Liqa: “Neftçi” “Şamaxı” önündə qələbə seriyasını davam etdirib
Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
“Report”un məlumatına görə, son gündə bir oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.
Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub və “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Beləliklə, çempionatda “Şamaxı” üzərində ardıcıl 5-ci qalibiyyətini əldə edən “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. Doqquzuncu sıradakı “Şamaxı”nın isə aktivində 20 xal var.
Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Premyer Liqada XXVII turun qarşılaşmaları 15-17 mart tarixlərində oynanılacaq.
Azərbaycan Premyer Liqasının (APL) XXVI turunun “Şamaxı” – “Neftçi” oyununda heyətlər açıqlanıb.
“Report”un məlumatına görə, Şamaxıda keçiriləcək görüşdə komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

https://qelebe.az//uploads/photo/premyer-liqa-neftchi-shamaxi-onunde-qelebe-seriyasini-davam-etdirib.webp











