Çempionlar Liqası: “Bavariya” – PSJ oyununda rekord və antirekordlar qeydə alınıb

Çempionlar Liqası: “Bavariya” – PSJ oyununda rekord və antirekordlar qeydə alınıb

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “Bavariya” (Almaniya) – PSJ (Fransa) oyunu bir sıra maraqlı statistik məqamlarla diqqət çəkib.

“Report” xəbər verir ki, münhenlilərin 2:0 hesabı ilə qalib gələrək mərhələ adladıqları cavab matçı Fransa təmsilçisi və futbolçuları üçün antirekordlarla yadda qalıb.

PSJ tarixində ilk dəfə bir mövsüm ərzində ÇL-də keçirdiyi bütün matçlarda qapısında qol görüb. Komanda qrup mərhələsindən bəri 8 görüşdə iştirak edib və hamısında mərkəzə dəvət edilib.

PSJ-nin hücumçusu Lionel Messi karyerasında 150-ci dəfə qitənin ən nüfuzlu klub turnirində start heyətində meydana çıxmaqla təsəlli tapıb. Argentinalı bunu bacaran üçüncü oyunçu olub. Sıralamada birinci yeri portuqaliyalı Kriştianu Ronaldu (178), ikinci pilləni isə ispaniyalı İker Kasilyas (176) tutur.

Əvəzində Messi karyerasında ilk dəfə ardıcıl üç mövsüm Çempionlar Liqasının 1/4 finalına yüksələ bilməyib. 36 yaşlı forvard son üç mövsümün hər birində 1/8 final səddini aşa bilməyib.

Bundan başqa, Messi 18 dəfə qatıldığı ÇL-in pley-offlarında 4-cü dəfədir qol vura bilməyib. O, ötən mövsüm, həmçinin 2005/2006 və 2006/2007 mövsümlərində də qrupdan sonrakı mərhələdə fərqlənməyi bacarmayıb.

“Bavariya” isə 21-ci dəfə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Almaniya təmsilçisi bu baxımdan rekordçudur.

Qeyd edək ki, komandalar arasında Parisdə keçirilən ilk oyunda “Bavariya” 1:0 hesablı qələbə qazanıb.

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
Pelenin son durumu açıqlanıb

Pelenin son durumu açıqlanıb

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub