Laurentsiu Regekampf: "Emin Mahmudov "Neftçi"də qalmaq istəyir"

Laurentsiu Regekampf: "Emin Mahmudov "Neftçi"də qalmaq istəyir"

"Yaxşı oyun oldu, matça əla başladıq. Düzdür, startda daha aqressiv ola bilərdik. Şans da tərəfimizdə idi. İstədiklərimizin hamısını meydanda həyata keçirə bildik. Ona görə də futbolçularımı təbrik edirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf evdə "Turan Tovuz"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, apreldə bu komandaya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal matçları bu cür olmayacaq: "Asan görüşlər olacağını düşünmürük. Hamı bilir ki, kubok qarşılaşmaları fərqli olur. Sonadək mübarizə aparacağıq. Həmin oyunlara çox var. Odur ki, hələlik çempionata köklənməliyik".

Rumıniyalı baş məşqçi bütün futbolçuları öz mövqelərində oynatmağa çalışdıqlarını söyləyib: "Zədəli futbolçularımız yoxdur. Bu da bizə rotasiyalar etməyə imkan verir. Sezar Meza Kolli, Eddi İsrafilov kimi oyunçuların zədədən qayıtması sevindiricidir. Emin Mahmudov yenidən qol vurmağa başladı. Oyunumuzun yaxşılaşdığını görə bilərik".

O, klubla yeni müqavilə imzalamağa tələsməyən Emin Mahmudovla danışıqların davam etdiyini vurğulayıb: "Kapitan təlim-məşq toplanışında zədələnmişdi, müalicə almalı idi. Ona görə performansında eniş oldu. Amma son zamanlar hər şey qaydasındadır və siz də əsl Emini görə bilirsiniz. Danışıqlar klubla futbolçu arasında gedir. Əminliklə deyə bilərəm ki, komandamızda qalmaq istəyir. Peşəkar futbolçudur, bu cür hallarla çox üzləşib. Bəlkə siz də rəhbərliklə maaş məsələsini danışanda belə şeylər ola bilər. Futbolda hər şey mümkündür. Ona görə də bu idman mükəmməldir. Fanatlar da bizi başa düşməli və Mahmudovun üzərinə bu qədər getməməlidirlər".

Regekampf Vato Arveladzenin mükəmməl oyunçu olduğunu vurğulayıb: "Ona güvənirəm. Daha yaxşı futbolçu ola bilər. Nəzərə alaq ki, zədələri çox olub. Arveladzeyə vaxt vermək lazımdır".

Futbol
Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"