Cüdoçularımız dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üç üzvü mübarizəni dayandırıb.
QELEBE.AZ xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russunu, 1/16 finalda isə özbəkistanlı rəqibini məğlub edərək 1/8 finala yüksəlib.
Bu mərhələdə rusiyalı Yaroslav Bunakova uduzaraq yarışla vidalaşıb.
Eyni çəkidə mübarizə aparan Cəsur İbadlı 1/32 finalda küveytli Anas Buqammazı üstələyərək 1/16 finala vəsiqə qazanıb. Lakin bu mərhələdə Tacikistan təmsilçisi Amincon Abducalilzodaya məğlub olub.
Qızların yarışında 63 kq çəki dərəcəsində çıxış edən Hanna Zaytseva 1/16 finalda gürcüstanlı Mariam Natelauriyə qalib gələrək 1/8 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə Fransa təmsilçisi Manon Agati-Aluaşa uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, mundialın ilk yarış günündə Məhəmməd Musayev (66 kq) bürünc medal qazanıb.

https://qelebe.az//uploads/photo/cudochularimiz-dunya-chempionatinda-mubarizeni-dayandirdi-yenilenib.webp