Şahin Diniyev: "Mən də emosional insanam, hislərim var"

Şahin Diniyev:  "Mən də emosional insanam, hislərim var"

"Mən də emosional insanam, hislərim var".

"Report"un məlumatına görə, "Səbail"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt"a evdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis futbolçuların çox qırmızı vərəqə almasından şikayətlənib: "Bizim günümüz deyildi. Qapımıza çox penaltilər təyin edilir. Oyunçulara çox qırmızı vərəqə verilməsi məni narahat edir. Heç bir epizodumuzda VAR-a baxılmır. Bu da maraqlı məqamdır. İkinci yarıda oynamağa çalışdıq, qırmızı vərəqə verildi. Müdafiə olunmağa çalışdıq, penalti oldu. Kiminsə üzərinə günah atmaq fikrim yoxdur. Komanda olaraq ən zəif oyunlarımızdan birini keçirdik. Bu hadisələrə görə toparlana bilmədik".

Diniyev VAR-da böyük problemlərin olduğunu diqqətə çatdırıb: "Bu, tək bizə aid məsələ deyil. Qol epizodları olmayan yerdə penaltilər verirlər. İndiyədək qapımıza 4 penalti təyin olunub. Əgər oyunçu tullanırsa, əli istər-istəməz qalxmalıdır. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın. Təhlükəsi olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Mən də insanam. İkili standart məni narahat edir".

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib