"Qalatasaray"dan növbəti transfer: Fransız müdafiəçi

"Qalatasaray"dan növbəti transfer: Fransız müdafiəçi

“Qalatasaray” heyətini El-Şaday Bitşiabu ilə gücləndirməyə hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, İstanbul klubu 21 yaşlı müdafiəçinin icarəsi ilə bağlı həm futbolçu, həm də onun müqavilə ilə məxsus olduğu “Leyptsiq”lə rəsmi danışıqlara başladığını açıqlayıb. 

Məlumata görə, tərəflər arasında satınalma hüququnun da yer aldığı icarə razılaşması üzərində danışıqlar gedir.

Fransalı futbolçunun artıq İstanbula yollandığı və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib. Fransalı müdafiəçi ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.