Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanmaq şansını davam etdirir

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanmaq şansını davam etdirir

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.

“QELEBE.AZ”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı təsəlliverici görüşdə rəqibinə qalib gələrək, fəxri kürsüyə çıxmaq şansını davam etdirib.

İlk iki görüşündə almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevi üstələyən Yusifov 1/4 final mərhələsində yerli idmançıdan zəif olub. O, Dostan Ruziyevə uduzub. Azərbaycan təmsilçisi bunun əvəzini təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Əhməd Yusifov son görüşündə Romarik Bouda (Fransa) – Dilşodbek Baratov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər cüdoçular daha erkən mərhələdə mübarizəni dayandırıblar. 60 kq çəkidə Rövşən Əliyev yarışa qoşulduğu 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.

66 kq-da Azərbaycanı təmsil edən Kamran Süleymanov və Ruslan Paşayev yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.

Qeyd edək ki, martın 5-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində yarışacaqlar.

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib