Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 3-cü yer uğrunda qarşılaşmada Almaniyanı 4:1 hesabı ilə məğlub edib.
Elcan Hacyev (90 kq) Tom Drosteyə, Ruslan Nəsirli (+90 kq) Paavo Plonertə, Səbinə Əliyeva (57 kq) Bettina Bauerə, Vüsal Qələndərzadə (73 kq) Levi Markta qalib gəlib. Yeganə məğlubiyyəti Nərmin Əmirli (70 kq) alıb. O, Sara Melauya uduzub.
Qeyd edək ki, fərdi yarışlarda Vüsal Qələndərzadə, Elcan Hacıyev və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) isə bürünc medal qazanıb.
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə əldə olunub - 4:0.
Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərinə qalib gəlib.
Bürünc medal qarşılaşmasında rəqib Almaniya olacaq.
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib. Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib.
Azərbaycan yığması mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Rəqib isə Estoniya olacaq.
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.
57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/avropa-chempionati-azerbaycanin-cudo-millisi-burunc-medal-qazanib.webp











