İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanıb, "Arsenal" isə rəqibini darmadağın edib

İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanıb, "Arsenal" isə rəqibini darmadağın edib

İngiltərə Premyer Liqasının VII turunun ertələnmiş oyunları başa çatıb. “Arsenal” evdə “Everton”u, “Liverpul” isə “Vulverhempton”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, oyunlar müvafiq olaraq “Emireyts” və “Enfild” stadionlarında baş tutub.

Bakı vaxtı ilə 23:45-də başlayan “Arsenal” – “Everton” matçı ev sahiblərinin xeyrinə bitib. “Topçular”ın birinci qolunu 40-cı dəqiqədə ukraynalı Aleksandr Zinçenkonun ötürməsindən sonra Bukayo Saka vurub. London təmsilçisinin növbəti dəqiq zərbəsi 6 dəqiqə sonraya təsadüf edib. Sakanın ötürməsini Qabriel Martinelli qola çevirib. 73-cü dəqiqədə isə komandanın kapitanı Martin Edeqor hesabı darmadağın həddinə çatdırıb. 80-ci dəqiqədə Martinelli dubla imza ataraq oyunda son nöqtəni qoyub – 4:0.

Bu qələbə sayəsində “Arsenal” turnir cədvəlindəki birinci pillədə yerini bərkidərək 60 xal toplayıb. Beləliklə, Mikel Artetanın yetirmələri çempionatda ən yaxın izləyiçiləri olan “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb. “Everton” isə 21 xalla 18-ci pillədə qalıb. Liverpul şəhərinin təmsilçisinin liqadan düşmək təhlükəsi davam edir.

Həftənin digər matçında “Liverpul” “Vulverhempton”u məyus edib. Bakı vaxtı ilə 00:00-da başlayan oyunun birinci yarısı qolsuz heç-heçə ilə sonuclanıb. “Liverpul” hesabı yalnız 73-cü dəqiqədə dəyişə bilib. “Qırmızı”ların müdafiəçisi ikinci cəhddən topu tora qovuşdura bilib. Niderlandlı futbolçuya dəqiq ötürməni Dioqo Jota verib. Dörd dəqiqə sonra Məhəmməd Salah fərqi artıraraq oyundakı yekun hesabı müəyyənləşdirib – 2:0.

Beləliklə, Yurgen Kloppun komandası 39 toplayaraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. 19 qat Premyer Liqa qalibinin Çempionlar Liqasında vəsiqə qazandıran ilk dördlükdən 6 xal ayırır. “Vulverhempton” isə 24 xalla 15-ci pillədə qalıb. Liqanın növbəti turunda “qurdlar” paytaxtın “Tottenhem” komandası ilə (martın 4-də), mersisaydlılar isə əzəli rəqibləri “Mançester Yunayted”lə qarşılaşacaqlar (martın 5-də).

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi