İqor Ponomaryovun cəzasının gec elan olunmasının səbəbi açıqlanıb

İqor Ponomaryovun cəzasının gec elan olunmasının səbəbi açıqlanıb

AFFA İntizam Komitəsinin (İK) "Sabah"ın U-19 komandasının baş məşqçisi İqor Ponomaryova verdiyi cəzanın gec açıqlanmasının səbəbi bəlli olub.

İK sədri Erkin Hüseynovun "QELEBE.AZ"a verdiyi məlumata görə, burada bir neçə nüans var. O bildirib ki, səbəblərdən biri raportun komitəyə vaxtında göndərilməməsi ola bilər:

"Komitənin iclası nə vaxt keçirilirsə, qərar da o vaxt verilir. Həmçinin yığıncağın vaxtı işin çoxluğundan dəyişə də bilər. Bəzən mübahisəli məsələ ilə üz-üzə qalırıq və onu həll etmək üçün müəyyən qədər vaxt tələb olunur".

Ponomaryov fevralın 19-da Gənclər Liqasında "Kəpəz"ə qarşı XXIII turdan təxirə salınmış matçın 90-cı dəqiqəsində hakimlərə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 1 oyunluq diskvalifikasiya edilib. 63 yaşlı mütəxəssis "QELEBE.AZ"a açıqlamasında artıq cəzasını çəkdiyini söyləyib.

Əslində burada məsələ veteran futbolçunun diskvalifikasiya olunması deyil, qərarın bu qədər gec açıqlanmasıdır. Çünki İK "Sabah"ın əsas komandasının baş məşqçisi Murad Musayevin evdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyununda (19 fevral) texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsinə daha qısa zamanda hüquqi qiymət verərək, rusiyalı mütəxəssisi 2 oyunluq cəzalandırıb.

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

Futbol
"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

Futbol
"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"