“Barselona” və PSJ eyni futbolçunu hədəfləyir
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Endi Diuf Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
QELEBE.AZ xəbər verir ki, İspaniyanın “Barselona” və Fransanın PSJ klubları 23 yaşlı futbolçunun transferini nəzərdən keçirirlər.
Bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
Milan təmsilçisi fransalı yarımmüdafiəçini yanvar transfer pəncərəsində satmaq niyyətində deyil. Lakin “İnter” mövsümün sonunda 50-60 milyon avro məbləğində təklif alacağı təqdirdə Diufun ayrılığına razılıq verə bilər.
Qeyd edək ki, “İnter” Endi Diufu 2025-ci ilin yayında Fransanın “Renn” klubundan 28,5 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə İtaliya təmsilçisinin heyətində 7 rəsmi matça çıxıb və 3 məhsuldar ötürmə verib.

https://qelebe.az//uploads/photo/barselona-ve-psj-eyni-futbolchunu-hedefleyir.webp