Üç məşqçimiz beynəlxalq lisenziya qazanıb

Üç məşqçimiz beynəlxalq lisenziya qazanıb

Azərbaycan Karate Federasiyasının üç məşqçisi beynəlxalq lisenziyaya sahib olub.

QELEBE.AZ xəbər verir ki, yığma komandaların mütəxəssisləri Dünya Karate Federasiyasının (WKF) Polşada təşkil etdiyi məşqçilik imtahanlarını uğurla başa vurublar.

Beynəlxalq lisenziyanı U21 yığma komandasının baş məşqçisi Elnur İbrahim, yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Anar Allahverdiyev və U21 yığmasının baş məşqçi köməkçisi Coşqun Sadiqov əldə ediblər.