Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. “Slaviya” isə doğma meydanda Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Bakı Olimpiya Stadionu

https://qelebe.az//uploads/photo/chempionlar-liqasi-sabah-bu-gun-chexiyanin-slaviya-klubunu-qebul-edecek.webp











