Əli İskəndərli Azərbaycan idman tarixində ilkə imza atıb
Deaflimpiyaçı atıcı Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycanın idman tarixində ilkə imza atıb.
QELEBE.AZ xəbər verir ki, o, Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda buna nail olub.
Azərbaycan deaflimpiyaçı atıcıları idman tariximizdə ilk dəfə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq növü üzrə Avropa çempionatında mübarizə aparırlar.
Turnirdə 10 m pnevmatik tapançadan atəş açmada təmsilçilərimiz daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 idmançı iştirak edir.
Deaflimpiya atıcılıq idman növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən Əli İskəndərli və Nicat Əzimov çempionatın final mərhələsinə vəsiqə qazanıblar.
Avropa çempionatını Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/eli-iskenderli-azerbaycan-idman-tarixinde-ilke-imza-atib.webp