Şarl Lekler: “Bakı trasında sürməkdən zövq alıram”
“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, komandadaxili rəqabətdən danışıb.
"Hər şeyin həddindən artıq müzakirə olunması təbii prosesdir. Bunu başa düşmək üçün Lüislə danışmaq yetərlidir. Həyatımız boyu bunu etmişik. İkimiz də qalib gəlmək istəyirik və aramızda sağlam rəqabət var.
Eyni zamanda komanda olaraq “Ferrari”nin üst pillədə olması əsas prioritetimizdir".
Monakolu pilot Bakı trasını sevdiyini də vurğulayıb:
"Bakı trasında sürməkdən zövq alıram, şənbə günləri mənim üçün uğurlu keçir. Əsas yarışlar da isə çətinlik çəkmişəm. Bu dəfə həmin çətinliyi aradan qaldırmağı hədəfləyirəm".
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/sharl-lekler-baki-trasinda-surmekden-zovq-aliram.webp