“Fənər” çempion oldu - TARİXDƏ 39-CU DƏFƏ
Türkiyədə basketbol üzrə Prezident Kubokunun final mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, həlledici matçda “Fənərbaxça Tarfin” və “Beşiktaş” komandaları üz-üzə gəlib.
Gərgin keçən matçda “sarı-lacivərdlilər” 72:59 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu qələbə ilə “Fənərbaxça Tarfin” Prezident Kubokunu tarixində 39-cu dəfə muzeyinə aparıb.

https://qelebe.az//uploads/photo/fener-chempion-oldu-tarixde-39-cu-defe.webp