Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”

Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”

Azərbaycan milli komandasının üzvü Rəhman Daşdəmirov sabah Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

QELEBE.AZ xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi görüşlə bağlı fikirlərini bildirib.

“Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq oyunumuzudur. Rəqib yaxşı komandadır, futbol oynaya, nə istədiklərini bilirlər. Biz də özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”.

- Çempionlar Liqası ab-havası gördükdən sonra özünüzdə fərq hiss edirsiz? 
- Mənim üçün heç bir fərq yoxdur. İstər Çempionlar Liqası olsun, istər milli komanda. Hər oyuna eyni cür hazırlaşıram.

- Qrupdakı şanslarımız haqda nə düşünürsən? 
- Əsas sabahkı oyundur. Sabahkı matça köklənmişik. Digər rəqiblər də bizə uyğundur. Maksimum nəticə qazanmağa çalışacağıq. İnanıram ki, hamısında qalib gələ biləcəyik.

- Litva millisinin baş məşqçisi deyib ki, Valdas Dambrauskas dostumuzdur, ondan Azərbaycan yığması haqda məlumat alacağıq.. Valdas millimizdən nələr deyə bilər? 
- Özüm şəxsən Valdasla danışmışam. O, bizim daha üstün cəhətlərimizi bildirib. Məncə burada belə bir şey yoxdur ki, fərqli nəsə deməyib. Deyib ki, daha yaxşısız. Onun özü üçün də maralqı olacaq. Bizim haqqımızda nə məlumat verə bilər? Döyüşkən olduğumuzu deyəcək.