“Arsenal” Arteta ilə razılığa gəldi – Yeni müqavilə imzalanacaq
“Arsenal” baş məşqçisi Mikel Arteta ilə əməkdaşlığı davam etdirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, BBC-nin məlumatına görə, London klubu ispaniyalı mütəxəssislə yeni müqavilənin şərtləri barədə yekun razılığa gəlib.
Artetanın hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Yeni anlaşmanın müddəti hələ açıqlanmasa da, müqavilənin 44 yaşlı mütəxəssisin “Arsenal”dakı fəaliyyətini ən azı 10-cu ilinə qədər uzadacağı bildirilir.
Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun rəhbərliyi altında “topçular” ötən mövsüm 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasının çempionu olub.
Qeyd edək ki, tərəflər bir neçə aydır yeni müqavilə ilə bağlı danışıqlar aparırdılar. Arteta daha əvvəl klubda qalmaq istədiyini açıq şəkildə bildirmişdi.

https://qelebe.az//uploads/photo/arsenal-arteta-ile-raziliga-geldi-yeni-muqavile-imzalanacaq.webp