"Sumqayıt"da yeni baş məşqçi

"Sumqayıt"da yeni baş məşqçi

Türkiyəli Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Onunla "1+1" illik müqavilə imzalanıb.

Uğur Özdemir buna qədər 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən "Xırdalan" komandasının (hazırda "LANDAU Lions") baş məşqçisi olub.