“Qarabağ”ın sabiq hücumçusu: “Çempionluğu çoxdan təmin ediblər”

“Qarabağ”ın sabiq hücumçusu: “Çempionluğu çoxdan təmin ediblər”

“Qarabağ” çempionluğu çoxdan təmin edib”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam klubunun Premyer Liqadakı şansları ilə bağlı danışarkən deyib.

Bu il karyerasını başa vuran 34 yaşlı hücumçu “Qarabağ”ın ən yaxın izləyicisindən 8 xal öndə olduğunu xatırladaraq, bu mübarizədə onları rəqibsiz hesab edib: “Qarabağ” hazırda ikinci pillədəki “Sabah”ı xeyli qabaqlayır. İnanmıram ki, “Sabah” onlara çata bilsin. Görünən odur ki, “Qarabağ” bu mövsüm də çempion olacaq. Bundan sonra da bütün diqqətini Premyer Liqaya yönəldə biləcək”.

Həm “Qarabağ”, həm də “Neftçi”nin formasını geyinmiş Əliyev bu komandalar arasında fevralın 27-də çempionatın XXIV turunda keçiriləcək qarşılaşmaya da münasibət bildirib: “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Gent”dən aldığı zərbənin təsirini hiss edəcək. Ancaq onlar dəfələrlə belə situasiya ilə üzləşiblər. Avrokubokda hansısa böyük kluba məğlub olduqdan sonra çempionatda qələbə qazanıblar. Bu üzdən həm çempionatdakı liderliyini, həm də neçə ildir “Neftçi” önündəki üstünlüyünü nəzərə alsaq, Ağdam klubu yenə favoritdir”.

Gənc mütəxəssisin fikrincə, “Qarabağ”ın ən böyük üstünlüyü zəngin heyətə malik olmasıdır: “Qarabağ”da elə heyət formalaşıb ki, orada ehtiyat qüvvə söhbəti yoxdur. Hamısı keyfiyyətli futbolçudur. Onların indiki ehtiyat qüvvəsinə fikir verin – Qara Qarayev, Maksim Medvedev, Yassin Benzia və digər yeni transferlər. “Neftçi” önündə də onlar çıxış edəcəklər. Bu üzdən belə oyunçulara ikinci heyət üzvü deməzdim”.

O, yenə də “Azersun Arena”dakı qarşılaşmanın ev sahibləri üçün asan keçməyəcəyini düşünür: “Bu komandalar arasındakı oyunlar həmişə maraqlı olub. Yenə gərgin mübarizə gözləyirəm. Məncə, “Neftçi” rəqibinə müqavimət göstərə biləcək. “Qarabağ” üçün rahat olmayacaq. Şansları bərabər sayıram”.

Qeyd edək ki, Rauf Əliyev 2006-2013-cü illərdə “Qarabağ”ın, 2014/2015 mövsümünün ikinci, 2019/2020 mövsümünün isə ilk yarısını “Neftçi”nin heyətində keçirib.

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib

Futbol
Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib