İsmail Kartal İSTEFA VERDİ

İsmail Kartal İSTEFA VERDİ

"Fənərbaxça"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi İsmail Kartal postundan ayrılıb.

Bunu mütəxəssisin özü açıqlayıb. O, Çempionlar Liqasının "Roma" ilə matçından sonra baş tutan mətbuat konfransında istefa verdiyini bildirib.

"Yol yaxınkən istefa verirəm. Bir daha əsla geri dönməmək şərtilə bu qərarı alıram".

Qeyd edək ki, Kartal bu posta mövsümün əvvəlində təyin olunmuşdu.