“Gəncəbasar” və “Səbail”dən qələbə, “Zaqatala”dan darmadağın
“Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə məğlub oldu - YENİLƏNİB
Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.
QELEBE.AZ xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olub.
Görüş rəqibin inamlı qələbəsi ilə nəticələnib. Komanda 5:0 hesablı qalibiyyətə sevinib.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin “Barselona”, Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/sabahin-u-19-komandasi-manchester-yunaytede-meglub-oldu-yenilenib.webp