“Neftçi” “İmişli” ilə matça itkisiz çıxacaq
"Neftçi" Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “İmişli” ilə matçın hazırlığını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıb.
Qeyd edək ki, sentyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” matçı saat 16:30-da başlanacaq.

https://qelebe.az//uploads/photo/neftchi-imishli-ile-matcha-itkisiz-chixacaq.webp