“Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
“Roma” Ceyden Ostervoldenin transferindən tam imtina etməyib.
QELEBE.AZ xəbər verir ki, bu barədə LGS nəşri məlumat yayıb.
İtaliya klubu dizindən əməliyyat olunan niderlandlı müdafiəçini tam sağaldıqdan sonra heyətinə qatmağı planlaşdırır.
Transferin yanvar ayında rəsmiləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Ostervoldenın “Roma”ya keçidi yay transfer pəncərəsində tibbi müayinələrin nəticəsindən sonra baş tutmamış və futbolçu “Fənərbaxça”ya geri dönmüşdü.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ildən “Fənərbaxça”nın formasını geyinir.

https://qelebe.az//uploads/photo/roma-ostervolde-quotdefterini-baglamayibquot-yanvari-gozleyirler.webp