Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bilinib
Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma Monakoda keçirilib.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada Türkiyə təmsilçisi "Beşiktaş"ın rəqibləri müəyyənləşib. IV səbətdə yer alan İstanbul təmsilçisi öz meydanında "Marsel", "Yunion SG", "Kristal Pelas" və "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.
Komanda səfərdə isə "Bayer", "Seltik", "Omoniya" və "Hoffenhaym"la qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinin ilk oyunları 16-17 sentyabr tarixlərində baş tutacaq.

https://qelebe.az//uploads/photo/avropa-liqasi-beshiktashin-reqibleri-bilinib.webp











