Avropa Liqası: 1/8 finalın daha 3 iştirakçısı bəlli olub

Avropa Liqası: 1/8 finalın daha 3 iştirakçısı bəlli olub

UEFA Avropa Liqasında 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, İtaliyanın "Roma", İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Union" (Berlin) komandaları növbəti mərhələyə adlayıblar.

“Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) görüşündə isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 2:0
Qollar: 
Andrea Belotti, 33. Paulo Dibala, 40
İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya) - 2:1
Qollar: 
Fred, 47. Antoni, 73 - Robert Levandovski, 18 (penalti)
İlk oyun - 2:2

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:0 (ƏLAVƏ VAXT)
Qol: 
Toko Ekambi, 52
İlk oyun - 1:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland) - 3:1
Qollar: 
Robin Knoxe, 20. Yosip Yuranoviç, 44. Danilo Duxi, 50 - Məhəmməd Kudus, 47
İlk oyun - 0:0

00:32

UEFA Avropa Liqasında daha bir komanda 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Fransada "Monako"ya qalib gələn Almaniyanın "Bayer" (Leverkuzen) klubu növbəti raunda adlayıb.

Matçın əsas vaxtı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda fransalılar eyni hesabla qalib gəldiklərindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:3) Leverkuzen təmsilçisi 1/8 finala yüksəlib.

23:41

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, bu günə nəzərdə tutulan 8 matçdan 3-ü artıq başa çatıb. Bununla da 1/8 finala vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

Bunlar Portuqaliyanın "Sportinq", İtaliyanın "Yuventus" və İspaniyanın "Sevilya" kollektivləridir.

"Monako" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) matçında isə ümumi hesab bərabər (5:5) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “Midtüllan” (Danimarka) - “Sportinq” (Portuqaliya) - 0:4
Qollar:
Sebastyan Koates, 21. Pedru Qonsalveş, 50; 77. Stefan Qartenmann, 85
Qırmızı vərəqə: Paulinyo, 38 ("Midtüllan")
İlk oyun - 1:1

21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya) - 2:3 (PENALTİLƏRDƏ - 3:5)
Qollar:
Vissam Ben Yedder, 19 (penalti). Brel Embolo, 84 - Florian Virts, 13. Esekiel Palasios, 21. Amin Adli, 58
İlk oyun - 3:2

21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya) - 0:3
Qollar:
Anxel Di Maria, 5; 20 (penalti); 78
Qırmızı vərəqə: Nikolya Pallua, 18 ("Nant")
İlk oyun - 1:1

21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:0
Qollar:
Lyuk de Yonq, 76. Fabio Silva, 90+4
İlk oyun - 0:3

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya)

İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)

İlk oyun - 2:2

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)

İlk oyun - 1:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)

İlk oyun - 0:0

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
“Real”ın prezidenti əməliyyat olunub

“Real”ın prezidenti əməliyyat olunub

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib

Futbol
Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Futbol
AFFA “Sabah”ı cəzalandırıb

AFFA “Sabah”ı cəzalandırıb

Futbol
Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır