Konfrans Liqası: "Gent" - "Qarabağ" oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb

Konfrans Liqası: "Gent" - "Qarabağ" oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, hazırda "köhlən atlar" hesabda geridədir - 0:1.

02:15

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtın ilk hissəsi başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, hələlik qarşılaşmada hesab dəyişməyib və meydan sahibləri öndədirlər - 1:0.

01:59

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, hazırda Azərbaycan çempionu hesabda geridədir - 0:1.

01:54

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq.

"QELEBE.AZ"un məlumatına görə, meydan sahiblərinin əsas vaxtda 1 top vuraraq, ümumi hesabı bərabərləşdirməsi səbəb olub - 1:1.

 Beləliklə, qalib əlavə vaxtda, ehtiyac yaranarsa isə penaltilər seriyasında müəyyənləşəcək.

01:32

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 75-ci dəqiqədə fərqlənən meydan sahiblərinin futbolçusu Villiu Orban komandasını önə keçirib.

01:02

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk hissədən sonra qarşılaşmada hesab açılmayıb.

00:47

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

00:00

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Gelamko Arena"da oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

22:34

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Gent" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Gent": 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 2.Cozef Okumu, 10.Yens Petter Hauge, 12.Noa de Ridder, 15.Bram Laqae, 19.Malik Fofana, 20. Villi Orban, 22.Süleyman Marre, 27.Rune van den Berq, 28.Robbi van Hater, 35.Sederik van Dale, 39.Matias Fernandes
Baş məşqçi: Heyn Vanhazebruk

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Gent şəhərindəki "Gelamko Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb