Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
Azərbaycanın paragüllə atıcılığı üzrə millisinin üzvləri Cənubi Koreyada keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.
Apasport.az xəbər verir ki, Kamran Zeynalov, Rafiq Əliyev və Aybəniz Babayeva baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi ilə Bakı Atıcılıq Mərkəzində təlim-məşq toplanışındadırlar.
Avqustun 12-də başlayan hazırlıq prosesi 31-dək davam edəcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 7–16-da Cənubi Koreyanın Çanqvon şəhərində təşkil olunacaq.

https://qelebe.az//uploads/photo/azerbaycanin-paragulle-aticilari-dunya-chempionatina-bakida-hazirlashirlar.webp