Moreyra "Milan"da: 50 MİLYON AVRO
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Strasbur” klubundan Dieqo Moreyranı transfer edib.
“Milan” 22 yaşlı belçikalı futbolçu üçün 50 milyon avro ödəyib. Müqavilədə əlavə 10 milyon avroluq bonuslar da nəzərdə tutulub. Moreyra ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Belçika millisinin üzvü 2025/26 mövsümündə “Strasbur”un heyətində bütün turnirlərdə 42 matça çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/moreyra-quotmilanquotda-50-milyon-avro.webp