AÇ: Millimiz ev sahibi ilə qarşılaşacaq
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda ilk oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, yığmamız turnirin açılış matçında ev sahibi Slovakiya seçməsi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da Pieştani şəhərində başlayacaq.

https://qelebe.az//uploads/photo/ach-millimiz-ev-sahibi-ile-qarshilashacaq.webp