“Roma” Pelleqrini ilə bağlı qərarını verdi

“Roma” Pelleqrini ilə bağlı qərarını verdi

“Roma” yarımmüdafiəçisi Lorentso Pelleqrini ilə müqavilənin müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə İtaliya A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu İtaliya millisinin üzvü ilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq yeni müqavilə imzalayıb.

Qeyd edək ki, Lorentso Pelleqrini “Roma”nın yetirməsidir. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi 2025/26 mövsümündə “canavarlar”ın heyətində bütün turnirlərdə 27 matça çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.