U16 basketbol millimizin Avropa çempionatında oyun cədvəli məlum olub
U16 qızlardan ibarət millimiz FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda Slovakiya və İsveç yığmaları ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, yarış mini-turnir formatında keçiriləcək.
Qrup mərhələsindən sonra yarımfinal və final oyunları baş tutacaq. Turnirin qalibi isə 2027-ci ildə A divizionuna yüksələcək.
Turnir 10-15 avqust aralığında Slovakiyada baş tutacaq.

https://qelebe.az//uploads/photo/u16-basketbol-millimizin-avropa-chempionatinda-oyun-cedveli-melum-olub.webp