“Ganja Cup 2026” beynəlxalq turnirinə start verilib
Gəncədə “Ganja Cup 2026” beynəlxalq üzgüçülük turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Gəncə İdman Sarayında baş tutur.
Turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edir.
Yarışda paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də mübarizə aparırlar.
İkinci dəfə təşkil olunan “Ganja Cup”da ilk dəfə xarici ölkələrin təmsilçiləri də çıxış edir. Belarus və Gürcüstan komandaları yarışa qatılıblar.
Açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev bildirib ki, bu cür turnirlər ölkədə üzgüçülüyün inkişafına töhfə verir. Onun sözlərinə görə, gələcəkdə yarışda daha çox ölkənin iştirak etməsi nəzərdə tutulur.

https://qelebe.az//uploads/photo/ganja-cup-2026-beynelxalq-turnirine-start-verilib.webp