“Nyukasl”ın yeni baş məşqçisi rəsmən açıqlanıb
İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, klub almaniyalı mütəxəssis Matias Yayssle ilə 4 illik müqavilə imzalayıb.
38 yaşlı çalışdırıcı bu vəzifədə Eddi Haunu əvəzləyib.
Yayssle son olaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırırdı.
Qeyd edək ki, həm “Nyukasl”, həm də “Əl-Əhli”nin əsas səhmdarı Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fonudur (PIF).

https://qelebe.az//uploads/photo/nyukaslin-yeni-bash-meshqchisi-resmen-achiqlanib.webp