Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkü atılıb.

QELEBE.AZ xəbər verir ki, yarış avqustun 4-8-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq.

Əsas mərhələnin oyunları avqustun 4-5-də keçiriləcək. Bu mərhələdə günün ilk qarşılaşmaları saat 09:00-da, son oyunları isə saat 17:00-da başlayacaq.

Avqustun 6-da üçüncü yer uğrunda görüşlər, avqustun 8-də isə final qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, ölkə çempionu olacaq komandalar 2026-cı ildə təşkil ediləcək klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.