“Sumqayıt”dan yeni transfer - RƏSMİ
"Sumqayıt" heyətini braziliyalı hücumçu Jeam Oliveyra ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi futbolçu “1+1” illik müqavilə imzalayıb.
31 yaşlı forvardın son klubu Braziliyanın “Kaşias” komandası olub. O, ölkəsinin “Fortaleza” klubunun yetirməsidir.

https://qelebe.az//uploads/photo/sumqayitdan-yeni-transfer-resmi.webp