AL: “Trabzonspor” və “Beşiktaş”ın mümkün rəqibləri müəyyənləşib

AL: “Trabzonspor” və “Beşiktaş”ın mümkün rəqibləri müəyyənləşib

Türkiyənin “Trabzonspor” və “Beşiktaş” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Qara dəniz təmsilçisi pley-offda “Ferentsvaroş” – “Qurnik Zabre” cütünün qalibi ilə qarşılaşacaq.

“Qara qartallar” isə “Hradeç Kralove”ni mübarizədən kənarlaşdıracağı təqdirdə, “Dinamo Zaqreb” – “Kauno Jalgiris” cütünün məğlubu ilə üz-üzə gələcək. 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.