Millimiz Şamaxıya yollanıb

Millimiz Şamaxıya yollanıb

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yollanıb.

QELEBE.AZ xəbər verir ki, yığma bu gün start götürəcək hazırlığı Şamaxıda keçəcək.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. 22boksçunun qatılacağı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.

Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.